Hüquqi Mətnlər
Fərdi Məlumatların Qorunması
MÜŞTƏRİ MƏLUMATLANDIRMA MƏTNİ
Bu məlumatlandırma mətni "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa və müvafiq qanunvericiliyə uyğun olaraq fərdi məlumatların operatoru qismində "Azərbaycan Həyat Elmləri İnstitutu" (HEAL) tərəfindən hazırlanmışdır.
FƏRDİ MƏLUMATLARINIZ NECƏ EMAL EDİLİR?
I. Müştəri Qeydiyyatı
HEAL-a müştəri olaraq müraciət etdiyinizdə aşağıdakı məlumatlarınız qeydiyyat məqsədilə xidmət heyətimiz tərəfindən "müqavilənin bağlanması və ya icrası ilə birbaşa bağlı olması" və "operatorun hüquqi öhdəliyini yerinə yetirə bilməsi üçün zəruri olması" hüquqi əsaslarına söykənərək emal edilir:
- Ad Soyad
- Cib Telefonu
- E-poçt Ünvanı
- Görüş məlumatı
Həmçinin müştəri qeydiyyatı zamanı müştərilərimizin məlumatlandırma mətninin məzmununa istədikləri an daxil ola bilmələri üçün www.heal.az ünvanında və HEAL-da müvafiq məlumatlandırma materialları mövcuddur. Verilən razılıqlar imtina hüququ istifadə edilənə qədər qüvvədə qalacaqdır.
II. Xidmətlərimiz
Qeydiyyatı tamamlanan müştərilərimizin məlumatları tələb etdikləri xidmətin göstərilməsi zamanı və bu xidmətin təbiəti gərəyi, sirr saxlama öhdəliyi altında olan mütəxəssislərimiz tərəfindən müvafiq qanunvericiliyə əsasən emal ediləcəkdir. Müştərilərin HEAL-dan almış olduğu xidmətlər zamanı paylaşdığı məlumatlar, məsləhət aldığı müvafiq mütəxəssis istisna olmaqla, daxil olmaq üçün qapalı şəkildə mühafizə edilir.
III. Müştəri Çıxışı
Müştərilərimizin xidmət alımı tamamlandıqdan sonra xidmət haqqının alınması və hesab-faktura tərtib edilməsi məqsədilə müvafiq məlumatlar emal edilir:
- Ad Soyad
- Faktura Məlumatları
IV. Digər Xidmətlər
a) Müştəri Xidmətləri
HEAL ilə əlaqə saxladığınızda görüş tələblərinizin yaradılması, məlumat tələblərinizin cavablandırılması və/vya hər hansı digər tələbinizin alınması məqsədilə müvafiq fərdi məlumatlarınız emal edilir:
- Ad Soyad
- Telefon Nömrəsi
- E-poçt Ünvanı
- Görüş Məlumatı
- Şikayətlər
- Təkliflər
b) İnternet Saytı
HEAL ilə bağlı hazırlanmış internet saytında Əlaqə Məlumatları mövcuddur. Bu məlumatlardan istifadə edərək HEAL ilə əlaqə saxlaya bilərsiniz.
c) Məlumatlandırma Fəaliyyətləri
Müştərilərimizə görüş vaxtları haqqında məlumatlandırma aparılır. Razılıq, imtina hüququ istifadə edilənə qədər qüvvədədir.
FƏRDİ MƏLUMATLARINIZ NECƏ ÖTÜRÜLÜR?
Onlayn olaraq xidmət alımı halında video zəng tətbiqləri vasitəsilə məsləhətləşmələr aparıla bilər. Bu proqramlar tərəfindən fərdi məlumatlarınızın emalı həmin tətbiqin məsuliyyətindədir.
MƏLUMAT SUBYEKTI OLARAQ HÜQUQLARINIZ NƏLƏRDİR?
Müvafiq qanunvericilik çərçivəsində aşağıdakı hüquqlarınız mövcuddur:
- Fərdi məlumatlarının emal edilib-edilmədiyini öyrənmək,
- Fərdi məlumatları emal edilmişsə, buna dair məlumat tələb etmək,
- Fərdi məlumatlarının emal məqsədini və onlardan məqsədinə uyğun istifadə edilib-edilmədiyini öyrənmək,
- Ölkə daxilində və ya xaricində fərdi məlumatların ötürüldüyü üçüncü şəxsləri bilmək,
- Fərdi məlumatların əskik və ya yanlış emal edildiyi halda onların düzəldilməsini istəmək,
- Fərdi məlumatların silinməsini və ya məhv edilməsini istəmək,
- Fərdi məlumatların qanuna zidd emalı nəticəsində zərər çəkdikdə, zərərin ödənilməsini tələb etmək.
HEAL-dan aldığım xidmətlərin psixoloji məsləhət və kouçinq fəaliyyətləri çərçivəsində olduğunu, heç birinin tibbi müalicəni əvəz etməyəcəyini, hər hansı bir xəstəlik və s. hallarda həkimə müraciət etməli olduğumu və həyatdakı bütün seçimlərimin bir yetkin olaraq mənim məsuliyyətimdə olduğunu bilirəm.
Oxudum, anladım, məlumatlandırıldım.
