Hüquqi Mətnlər
İstifadə Şərtləri, Məxfilik və Təhlükəsizlik
HÜQUQİ XƏBƏRDARLIQLAR
Saytda dərc olunan yazılar, videolar, vizual materiallar və işlərin adları, məzmunu və vizual materialları əksini göstərən bir qeyd olmadıqca HEAL-a məxsusdur. Müəllif hüquqları haqqında qanunvericiliklə qorunur və qismən belə olsa, sitat gətirilə bilməz. Tanıtım məqsədli belə olsa, hər hansı bir sitat gətirmə hüququ əldə etmək üçün yazılı icazə alınmalıdır.
Bu saytda yer alan hər hansı bir məlumat müalicə məqsədi daşımır. Sözügedən məlumatlar ziyarətçiləri/müraciət edənləri məlumatlandırmaq məqsədi daşıyır və tibbi xidmət xarakterli deyil. Verilən məlumatlar heç bir şəkildə diaqnoz və müalicə məqsədilə istifadə edilməməlidir. Diaqnoz və müalicə mütləq bir həkim tərəfindən həyata keçirilməli olan son dərəcə ciddi bir prosesdir. Hər növ xəstəlik və digər müalicə tələb edən problemləriniz üçün lütfən həkiminizə müraciət edin.
HEAL komandası heç bir şəkildə tibbi mərkəzli və sağalma zəmanəti ilə bir fəaliyyət göstərmir. Elm, Ağıl və Etik qaydalardan kənar şəxslərə və üsullara etibar edilməməsi tövsiyə olunur.
MƏXFİLİK VƏ TƏHLÜKƏSİZLİK
- Saytımıza və/və ya bültenlərimizə üzv olmaq üçün daxil etdiyiniz bütün məlumatlar 3-cü tərəf şirkət və ya şəxslərlə paylaşılmayacaqdır.
- Saytımızdakı əlaqə formalarından daxil etdiyiniz bütün məlumatlar 3-cü tərəf şirkət və ya şəxslərlə paylaşılmayacaqdır.
- Saytımız bəzi dövrlərdə müştərilərinə və üzvlərinə kampaniya məlumatları, yeni xidmətlər haqqında məlumatlar və s. göndərə bilər. Üzvlərimiz bu cür məlumatları alıb-almamaq barədə hər cür seçimi üzv olarkən edə bilər və sonradan hesab məlumatları bölməsindən bu seçimi dəyişdirə bilər.
- Üzv olarkən verdiyiniz bütün məlumatlara yalnız siz daxil ola və onları dəyişdirə bilərsiniz.
- Giriş məlumatlarınızı təhlükəsiz qoruduğunuz təqdirdə, başqalarının sizinlə bağlı məlumatlara daxil olması və onları dəyişdirməsi mümkün deyil.
Məsləhət xidməti təqdim etdiyimiz qurum və şəxslərin adları və bizimlə paylaşdığı bütün məlumatlar məxfi saxlanılır. Heç kimlə, o cümlədən yaxınları və ya qurumu ilə paylaşılmır. Mərkəzimizdə icazəsiz səs və görüntü yazısı aparılmır.
Maraqlandığınız mövzular və şikayətləriniz üçün əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.
HEAL - Azərbaycan Həyat Elmləri İnstitutu
